Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75819
az

DTX Vətən müharibəsində hansı işləri görüb? - Əli Nağıyev açıqladı

09:1005 Noyabr, 2022
2500
MÜSAHİBƏ
  • A

“44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır”.

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan yazısında qeyd edib.

DTX rəisi bildirib ki, haqq savaşımızın başlandığı ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib:

“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır.

Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu