ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3035
26.06.2022, 22:41
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə eksklüziv müsahibə verib.
-Cənab nazir bayramınızı, bayramımızı təbrik edirəm. Özünüzü necə hiss edirsiniz? Bu bayram günü ordumuz necə hiss edir özünü?
-Çox sağ olun təbrikə görə, mən də öz təbriklərimi çatdırmaq istəyirəm, ilk növbədə qəhrəman Azərbaycan xalqını təbrik edirəm. Bayramla əlaqədar müzəffər Ali Baş Komandanı təbrik edirəm. Şəhidlərimizin ailələrini təbrik etmək istəyirəm. Qazilərimizi təbrik edirəm. Bizim veteranları təbrik edirəm. Azərbaycan əsgərini, matrosunu, gizirini, miçmanını, zabitini, generalını təbrik edirəm. Onlara xidmətlərində uğurlar arzulayıram. Bu bayramda onların ailələrinə cansağlığı və uğurlar arzu edirəm.
-Bilirəm ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti üçün bayram anlayışı yalnız formaldır. Bu saatda bizim Silahlı Qüvvələrimiz iş başındadır, xidmət başındadır. Və ona görə də hörmətli cənab nazirimizdən mütləq hazırki əməliyyat şəraiti barədə soruşmalıyam.
-Yaxşı sualdır. Ümumiyyətlə, hesabat dövründə, keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib. Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan -Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar. Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad etmişdir və Ermənistan Silahllı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü. Bu təxribatlar davam edir. Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır. İtki verəndən sonra 5-6 gün sakitçilkdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikirimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır.
ƏTRAFLI:MÜSAHİBƏDƏ
20:17 / 26 Oktyabr 2026
7
20:07 / 26 Oktyabr 2026
51
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
64
19:00 / 26 Oktyabr 2026
68
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
90
18:20 / 26 Oktyabr 2026
83
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
332
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
113
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
288
15:57 / 26 Oktyabr 2026
101
15:50 / 26 Oktyabr 2026
335
15:48 / 26 Oktyabr 2026
176
15:44 / 26 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.