Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44104
az

Azərbaycan əsgəri erməni uşağı haradan tapdı? - ŞOK DETALLAR

21:5813 Dekabr, 2020
1193
MÜSAHİBƏ
  • A

“O torpaqların hər qarışı, hər metri hansısa şəhidimizin, qazimizin qanı hesabına azad olunub. Bizim ordunun qabağına sanki ağ vərəqlərdən ibarət, bomboş bir kitab qoydular. Və hamı mürəkkəb əvəzi öz qanından istifadə elədi, başladı bu kitabı yazıb doldurmağa.Nəticədə dünyanın qarşısına qanla yazılmış böyük ensiklopediya, tarix kitabı qoyuldu. Bu kitabı indi bütün dünya oxuyur və oxuyacaq...”

Bu ibrətamiz kəlamlar İkinci Qarabağ müharibəsinin, yaxud müqəddəs Vətən savaşının qazilərindən biri, döyüşlər başlayan kimi könüllü olaraq orduya yazılan, Bakının Yasamal rayonunda doğulub-böyümüş qazimiz Orxan Məmmədzadəyə aiddir.

 

Cəbhənin Füzuli istiqamətində gedən ən ağır döyüşlərə qatılan və 20 gündən artıq şərəfli döyüş yolu keçən Orxan Məmmədzadə indi bu günlər barədə çox sakit, təmkinini pozmadan, əsl döyüşçü kimi danışır. Keçdiyi döyüş yolundan, şəhid olan dostlarından bəhs edir. Və deyir ki, müharibənin ilk günlərində Füzuli istiqamətində gedən ağır döyüşlərdə  8 kəndin azad olunmasında iştirak edib.

“Kənd deyəndə bir çoxlarına adi gələ bilər ki, kənddi də. Amma həmin kəndləri almaq uğrunda nə qədər şəhid verdik, yaralılar oldu...100 metr, 200 metr irəli getmək belə şəhid qanı hesabına baş verirdi”,-Orxan deyir.

Könüllülərdən ibarət dəstənin komandiri olan Orxan Məmmədzadə döyüşlərdə azı 38 düşmən əsgər və zabitini şəxsən məhv edib. Deyir ki, bu rəqəmə adı kimi əmindir, amma düşmən səngərlərinə atdığı qumbaralardan, üzbəüz döyüşlərdə atdığı güllələrdən daha nə qədər düşmənin məhv olduğunu dəqiq  bilmir.

“Biz də uşaqlara, qadınara əl qaldısaydıq olardıq onların tayı. O zaman döyüşdə həlak olsaydıq Allah yanında şəhid sayılmazdıq”,-Orxan deyir.

Bu igidin danışdıqlarını dinlədikcə düşmənin 1992-ci ilin fevralında Xocalıda süngüyə taxdığı azərbaycanlı körpələr göz önünə gəlir. Amma bundan utanıb yerə girməli olan da məhz düşməndir, əgər ermənilərdə azacıq da olasa vicdan varsa Orxanın 7-8 aylıq körpəni necə xilas etdiyini dinləyib xəcalət təri tökməlidir.

Orxan Məmmədzadənin  Prime Time saytına  danışdıqlarını oxuculara təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb