Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43415
az

"Rasim Musabəyov Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi" - Sərdar Cəlaloğlu

21:4004 Dekabr, 2020
2993
MÜSAHİBƏ
  • A

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub.

O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı konkret.az-a danışan Sərdar Cəlaloğlu bildirib ki, Rasim Musabəyov uzun müddətdir ki, parlamentdə qeyri-qanuni təmsil olunur. Onlar ailəlikcə ruspərəst insanlardır.

Azərbaycan dilində ağzını əyə-əyə danışır. Rasim Musabəyov deputat kimi prezidentin mövqeyinə 180 dərəcə əks mövqe orta qoyur.

Xatırlayırsınızsa, cənab Prezident qeyd etdi ki, üçüncü dövlət münaqişəyə müdaxilə edərsə, Türkiyə də edəcək. Türkiyə həmişə bizim yanımızdadır.

Rasim Musabəyov isə prezidentin mövqeyinə əks mövqe ortaya qoyur. Milli Məclis Rasim Musabəyov haqqında tədbir görməlidir.

Ondan öncə Polad Bülbüloğlu, Qüdrət Həsənquliyev və digərləri prezidentin mövqeyinə əks fikirlər səsləndiriblər”.

Partiya sədri qeyd edir ki, dövlət başçısının fikirləri bir qıraqda qalır, deputatlar xalqlarımızın və dövlətlərimizin arasında münasibətləri pozmağa çalışır:

“Qarabağ müharibəsinin qələbə ilə nəticələnməsi 50 faiz Azərbaycan xalqının şücaəti, qəhrəmanlığının nəticəsində oldusa, 50 faizi də türk diplomatiyasının və silahının hesabına oldu. Türkiyə necə ola bilər ki, əməyi olan və azad edilən torpaqlarımıza gəlməsin?

Nəyə görə Rusiya gəlməlidir, Türkiyə yox? Ümumiyyətlə, Rasim Musabəyovun mandatı əlindən alınmalıdır. Bu cür adamlar Milli Məclisdən təmizlənməlidir. Onların hər biri Rusiyanın tör-töküntüləridir. Onlar ölkə başçısının mövqeyinin əleyhinə çıxaraq dövlətlərarası münasibəti pozmaq istəyirlər.

Rasim Musabəyovun babası zamanında çalışırdı ki, demokratik cumhuriyyət ləğv edilsin və yenidən Azərbaycan işğal olunsun. Nəvəsi də eyni qələti edir. Onlar haqqında ciddi tədbirlər görülməlidir.

Çünki Rasim Musabəyovun səsləndirdiyi fikirlər çox ciddi siyasi səhvdir. Dövlətimizin seçdiyi strateji xəttə ziddir. Bu fikir Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyirinə həll edilməsinin əleyhinə yönəlmiş fikirdir. Türkiyə Dağlıq Qarabağa gəlməsə, orada bütün proseslər Azərbaycan əhalisinin əleyhinə inkişaf edəcək. Rasim Musabəyovun bu fikiri xalqın və dövlətin əleyhinədir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Yasamalda 23 yaşlı qızı avtomobil vurub