Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90663
az

WhatsApp Rusiyada bloklana bilər  - VƏKİL

11:1710 İyun, 2023
634
  • A

“WhatsApp” messencerində “Kanallar” funksiyasının görünməsi proqramın Rusiyada qaçılmaz şəkildə bloklanması ehtimalının yüksək olması deməkdir.

 

Oxu24.com xəbər  verir  ki,bunu “Gazeta.ru”ya Rusiya Vəkillər Kollegiyasının Moskva bölməsinin rəqəmsal iqtisadiyyatın hüquqi təminatı komissiyasının üzvü Efim Kazantsev deyib.

“WhatsApp-da yüksək ehtimalla anonim kanalların görünməsi onun Roskomnadzor tərəfindən bloklanmasına səbəb ola bilər.

Keçən dəfə eyni istehsalçının digər məhsulları bloklananda WhatsApp möcüzəvi şəkildə bu blokdan yayınmışdısa, indi deyəsən, hələ də öz şirkətinin flaqman məhsullarını izləyəcək”, - deyə vəkil bildirib.

Kazantsevin sözlərinə görə, indiki vəziyyətdə Rusiya hakimiyyəti yalan məlumatların yayılmasına görə istənilən kanallara xüsusi həssaslıqla yanaşır.

“Aydındır ki, “WhatsApp” kanalları anonim olarsa, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları üçün saxta distributoru tapmaq və cəzalandırmaq çox çətin olacaq, bu isə o deməkdir ki, bütün messencerin bloklanması bu yalan mənbəyi ilə mübarizənin son variantı olaraq qalacaq”, - deyə o, fikrini  yekunlaşdırıb.

İyunun əvvəlində WhatsApp tərtibatçıları messencer üçün “Kanallar” adlı yeni funksiyanı elan etdilər. Bu formaca  2015-ci ildə Telegram messencerində görünən kanallara bənzəyir.

Hazırda yenilik Kolumbiya və Sinqapurda sınaqdan keçirilir. Bununla belə, tərtibatçılar əmin ediblər ki, yaxın aylarda funksiya digər ölkələrdəki WhatsApp istifadəçiləri üçün də görünəcək.

WhatsApp Amerikanın Meta şirkətinə (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib), digər xidmətləri Facebook (Meta-ya məxsusdur, Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) və Instagram (Meta-ya məxsusdur, Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) məxsusdur.

2022-ci ilin yazından Rusiyada bloklanıb. WhatsApp ruslar arasında ən populyar messencer olmaqda davam edir, lakin Telegram rəqibindən fərqi tədricən aradan qaldırır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi