Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89456
az

Dəstəsi 10 QƏPİYƏ Satılır - 90% Xəstəlikləri Sağaldır

20:2319 May, 2023
939
MARAQLI
  • A

Bu bitkinin faydası insanlara qədim zamanlardan məlum olub. Bu gün piştaxtalarda qarşımıza çıxan, qiyməti ucuz amma faydaları saymaqla bitməyən bir bitkidən – Turşəngdən danışacam. Videomuza sona kimi baxsanız, xəstəliklər zamanı onun istifadə qaydaları ilə tanış olacaqsınız. 

Turşəng çox faydalı göyərtidir. Özünəməxsus turş dada malik olan turşəng el arasında quzuqulağı kimi də tanınır.  Türşəng müxtəlif vitamin və minerallarla zəngindir. Bu göyərtinin tərkibində C, K, E, B qrupu vitaminləri, biotin, beta-karotin, efir yağları, orqanik turşular, maqnezium, kalsium, fosfor, dəmir kimi minerallar var.

Yazın ilk aylarında orqanizmin vitamin və minerallara ehtiyacı olan vaxtlarda turşəng çox faydalıdır. O, yoğun bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı faydalı təsir göstərir. Qidalı liflərlə zəngin olan turşəng bağırsaqları orada ylığılan şlaklar və toksinlərdən yaxşı təmizləyir. Mədə-bağırsaq sisteminin xəstəliklərində dəmləmə və bişirmə şəklində istifadə edilir. Lakin mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastritlər zamanı bu göyərtini yemək tövsiyə edilmir.

C vitamini ilə zəngin olan turşəng immun sisteminə çox müsbət təsir edir. Bu isə yazda xüsusilə vacibdir. C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır. Həmçinin C vitamini orqanizmdə dəmirin mənimsənilməsinə kömək edir. Bu səbəbdən turşəngi ətlə birlikdə qəbul edin. Bu ətdə olan dəmirin daha yaxşı sovrulmasına kömək edəcək.

Çiy halda yeyildiyi zaman qan şəkərini aşağı salır. Turşəng toxumu süd verən qadınların ana südünün artmasına kömək edir. Aybaşı nizamsızlığı problemi olanlar turşəng bitkisindən istifadə etməlidirlər. Menstrual qanaxmanı tənzimləməyə kömək edən bu bitki ağrıları aradan qaldırır. Günəş yanıqlarına çox yaxşı təsir edən bu bitki rahatlaşdırıcı təsirə malikdir. Bu faydanı görmək üçün təzə halda bitki əzilir və sıyıq hazırlanır. Yanmış nahiyəyə xaricdən tətbiq edilir. Dəri sakitləşdiyi zaman suyla yuyulur.

Turşəng yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır.  Ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır. Turşəngin tərkibində olan turşəng turşusu qan damarlarını xolesterindən təmizləyir, onların elastikliyini artırır.

Xalq təbabətində turşəng diş əti problemləri zamanı daha çox tövsiyə olunur. Bundan başqa, bu bitkinin metobolizmi sürətləndirdiyi, Eqzema və dəmirov kimi dəri xəstəliklərinin müalicəsində çox yaxşı nəticələr əldə etməyə imkan verdiyi bildirilir. Turşəng eyni zamanda güclü sidikqovucu sayılır. Mədədə yaranan köpü də aradan qaldıra bilir. Qaşınma problemindən əziyyət çəkənlərə turşəng kökünü qaynadıb içmək tövsiyə olunur.

B qrupu ilə zəngin olan turşəng sinir sistemi üçün faydalıdır, orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir. Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.

100 qram çiy turşəng yarpaqlarının enerji dəyəri 22 kilokalori, bişmiş halda isə 20 kilokaloridir. Həmin xüsusiyyətinə görə turşəng pəhriz menyularına əlavə edilə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, turşəngin həddindən artıq qəbul edilməsi orqanizmdə bəzi fəsadlara səbəb ola bilir.

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı turşəngin qəbulu insana ziyan vura bilər. Belə ki, turşəngin çoxlu miqdarda qəbulu böyrəklərin funksiyasını pozur. Maddələr mübadiləsini çətinləşdirir, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola, osteoporoz, böyrək daşı və podaqra xəstəliklərinin ağırlaşmasına səbəb olur. Turşəngin çox qəbul edilməsi böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb ola bilər. Onun qarşısını almaq üçün həmin göyərtini tərkibində kalsium olan qatıq, süd və kefir kimi qidalarla birgə qəbul etmək lazımdır, çünki turşəng turşusu bağırsaqlarda kalsiumla birləşərək çətin həll olunan və çətin sorulan birləşmələr yaradır, zərər vermədən orqanizmdən xaric olur. Orqanizmdən oksalat duzlarının xaric olmasını asanlaşdırmaq üçün alma sirkəsi qəbul etmək də məsləhətdir.

Həmçinin turşəngin həddindən artıq çoxlu miqdarda qəbulu orqanizm tərəfindən kalsiumun sorulmasını ləngidir. Böyrək xəstəlikləri, mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastrit, xora xəstəliyi, bəzi bağırsaq xəstəlikləri və iltihabları, orqanizmdə su-duz balansının pozulması, podaqra xəstəliyi zamanı turşəngi qəbul etmək olmaz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR
Dörd bürc üçün pul yağacaq
Tiktoka əlavə funksiya qoşulur

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb