Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87082
az

Ramazanda nə qədər zəkat verilməlidir? - QAYDASI VƏ MİQDARI

20:0315 Aprel, 2023
585
  • A

Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. 

Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.


Bəs fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir?

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli bildirib ki, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz: “Fitr bayramına sayılı günlər qalıb. Bu günlərdə hər bir müsəlmanın boynuna gələn vacibatlardan biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir. Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur”. 

Məmmədli həmçinin fitrə zəkatı verməyin qaydasını açıqlayıb: “Bayram gecəsi təzə ayın əvvəli olması subuta yetdikdən sonra, adam başına 3 kq buğda, arpa, un, xurma və.s ərzaqların qiyməti hesablanaraq çıxarılır. Minimum 5-10 manat civarında müəyyən edilir. İnsan bunu bazardaki qiymətlə də tənzimləyə bilər. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. Sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram bayram olur. Ömrü Ramazan olanın axirəti bayram olar”.

Qeyd edək ki, Ramazan bayramı 21-22 aprel tarixlərinə təsadüf edir.

Mənbə: qafqazinfo

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ