Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
2065
08.12.2021, 11:59
Sual:
Salam aleykum. Dua hansi vaxtlarda ve hansi yerlerde qebul olunar?
Səcdə vəziyyətində və namazın sonunda (salamlardan qabaq). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482).
Azan və iqamə arasında. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Azan ilə iqamə arası edilən dua rədd olunmaz". (ət-Tirmizi, 212).
Gecənin son üçdə birində. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gecənin üçdə biri və ya yarısı keçdikdə Uca Allah dünya səmasına enir və belə deyir: "İstəyən varmı ona verim. Bağışlanma diləyən varmı onu bağışlayım. Tövbə edən varmı onun tövbəsini qəbul edim. Dua edən varmı onun duasını qəbul edim". (İmam Əhməd, 9589). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümüdvericidir". (ət-Tirmizi, 3499). Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: //zikr.az/#prayer-times
Cümə günü edilən dua. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istəyərsə, şübhəsiz, Allah ona istədiyini verər". Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi". (Səhih Muslim, 852).
Yağış yağarkən. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Dəvud, 2540).
Valideynin övladına etdiyi dua
Oruclu olarkən edilən dua
Müsafirin (səfərdə olanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası". (əl-Beyhaqi, 6619).
Məzlumun (zülmə məruz qalanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası". (ət-Tirmizi, 1905).
Ramazan ayında Qədr gecəsi edilən dua. Uca Allah buyurur: "Qədr gecəsi min aydan xeyirlidir". (əl-Qadr, 3).
10:30 / 09 Noyabr 2026
1
10:27 / 09 Noyabr 2026
18
10:10 / 09 Noyabr 2026
61
10:09 / 09 Noyabr 2026
69
10:00 / 09 Noyabr 2026
131
09:36 / 09 Noyabr 2026
709
09:26 / 09 Noyabr 2026
72
09:19 / 09 Noyabr 2026
114
08:46 / 09 Noyabr 2026
96
08:42 / 09 Noyabr 2026
644
08:25 / 09 Noyabr 2026
129
04:25 / 09 Noyabr 2026
702
02:31 / 09 Noyabr 2026
668
01:34 / 09 Noyabr 2026
361
01:20 / 09 Noyabr 2026
795
01:10 / 09 Noyabr 2026
477
01:06 / 09 Noyabr 2026
212
00:58 / 09 Noyabr 2026
452
00:50 / 09 Noyabr 2026
341
00:29 / 09 Noyabr 2026
1312
00:25 / 09 Noyabr 2026
662
00:21 / 09 Noyabr 2026
241
00:17 / 09 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.