Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54441
az

Boyat yemək yeyənlər mütləq oxusun: Bu ziyanı var imiş

22:4324 May, 2021
2184
MARAQLI
  • A

Yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək orqanizmdə ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?

Medicina.az xəbər verir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib:

"Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünə parçalanmağa başlayır. Bunun nəticəsində əvvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir".

Onun dediyinə görə, bir neçə gün qalmış qidaların dadı pozulmasa da, onları qətiyyən yemək düzgün deyil: "Əslində dad o zaman pozulur ki, qida maddəsinin tərkibinin çox hissəsi sıradan çıxmış olsun. Həmin maddələr orqanizmə daxil olan kimi qaraciyəri yükə salır. Tərkibində parçalanmış radikallar olan, zülalların, amin turşularının və yağların oksidləşmə nəticəsində konserogen maddələr əmələ gəlmiş qida məhsulları ortaya çıxır. Ondan istifadə edəndə dadındaki dəyişiklik aşkar hiss olunmasa da, zəhərli maddələrin əmələ gəlməsi demək olar ki, həyatımızı da qısaldır".

Yeməklərin boyatımaması üçün ilk olaraq onları qədərində hazırlamaq lazımdır. Yumurta, balıq, ət, toyuq, göbələk kimi riskli məhsullar iki saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin məhsullar iki saatdan artıq soyuducuya qoyulmadan ev temperaturunda və açıq şəkildə qalıbsa, ikinci dəfə qızdırıb istehlak edilməsi məqsədəuyğun deyil. Bir gün sonraya qalıb rəngini dəyişən çörəyin də istehlakına diqqət yetirmək lazımdır.


Şöbə müdiri deyib:

"Təcrübə göstərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ gəlir. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kəsəndən sonra qalan hissəsindən istifadə edirlər. Bu, qətiyyən düzgün deyil, çünki üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı orqanizm göbələk hücumu ilə üzləşir".

Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müəyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gəlir. Həmin qidaların orqanizmdə mənimsənilməsi çətinləşir və tədricən xoşagəlməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, orqanizmə lazım olan vitamin və minerallar təzə halda istehlak edilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO
Quş sürüsü təyyarənin qarşısın kəsdi - VİDEO
Yeni “iPhone” modelinin qiyməti açıqlanıb - Bu tarixdə təqdim olunacaq

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb