“Instagram” sosial şəbəkəsi silinmiş yazıları bərpa etmək funksiyasını əlavə edib.
Oxu24.com-un məlumatına görə, bu barədə sosial şəbəkənin mətbuat xidməti öz bloqunda məlumat verib.
Qeyd olunub ki, bundan sonra “Stories”lər 24 saat ərzində bərpa oluna biləcək, digər qeydlər 30 günə qədər yaddaşda saxlanılacaq.
Bundan başqa sosial şəbəkə, hakerlərin hesabları sındırmağı və yazıları silməsini qeyri-mümkün etmək üçün əlavə tədbirlər də həyata keçirib. Müəyyən qeydləri tamamilə silmək üçün xidmət artıq əlavə yoxlama tələb edəcək.
Oxu24.com
ŞƏRHLƏR