Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4225
az

"Bermud üçbucağı"nın sirri tapıldı - Alimlər inanılmaz faktı üzə çixardı

15:0703 Avqust, 2018
1725
MARAQLI
  • A
Böyük Britaniya alimləri "Bermud üçbucağı"nın sirrini tapıblar.

Milli.Az xəbər verir ki, alimlərin qənaətinə görə, "Bermud üçbucağı"nda gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil dalğalar" ola bilər.

Belə qənaətə laboratoriya şəraitində sınaq keçirən Sautqempton Universitetinin alimləri gəliblər. Alimlər bildirirlər ki, üç güclü fırtınanın toqquşması nəticəsində yaranan dalğalar hətta böyük gəmini iki yerə parçalaya bilər.

"Bermud üçbucağının tapmacası" adlı sənədli filmdə laboratoriya şəraitində modelləşmənin köməyi ilə "eybəcər dalğalar" effekti yenidən canlandırılıb. Cəmi bir neçə dəqiqə davam edən təbii hadisə Cənubi Afrikanın sahilində 1997-ci ildə peyklərin köməyi ilə qeydə alınmışdı. Dalğalardan bəziləri 30 metr hündürlüyə çatırdı.

Tədqiqatçıların komandası "Siplop" gəmisinin modelini tikiblər. Böyük gəmi 1918-ci ildə 300 sərnişinlə Bermud üçbucağında itmişdi.

Yer kürəsi və okeanların tədqiqatçısı Saymon Boksollun sözlərinə görə, Atlantik okeanın bu regionunda müxtəlif tərəflərdən hərəkət edən üç güclü fırtınanın toqquşmaları olur və "qatil dalğalar"ın yaranması üçün mükəmməl şəraiti yaradır. Alim inandırır ki, belə dalğalar "Siklop" kimi gəmini iki yerə bölə bilər.

"Əgər bu baş verəcəksə, gəmi iki-üç dəqiqədən sonra batacaq", - ekspert dəqiqləşdirib.

Qeyd edək ki, "Bermud üçbucağı" Atlantik okeanın şimalında Mayami, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni tutur. İndiyə kimi "Bermud üçbucağı"nda 200-ə yaxın qəza baş verib, 8127 nəfər itkin düşüb. /Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI
Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi
BU içki yumurtalıq xərçəngi riskini azaldır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ