Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25875
az

İsti su içməyin İNANILMAZ FAYDALARI üzə çıxdı

11:1306 Mart, 2020
614
MARAQLI
  • A

Sağlam qalmaq üçün gündə ən az 2 litr su içməyin vacib olduğunu bilirik. Amma əksər insanlar soyuq su içməyə üstünlük verir. Araşdırmalar isə göstərir ki, isti su soyuq su içməkdən daha faydalıdır. İsti suyun dərəcəsi insan sağlamlığı üçün təhlükə yaradacaq dərəcədə olmamalıdır.

Publika.az isti su içməyin orqanizm üçün 12 faydasını təqdim edir:

1. Arıqladır

Əgər 3-5 kilo arıqlamaq istəyirsinizsə, isti suyun sizə inanılmaz köməyi olacaq. Bunun üçün günə içinə bir az limon sıxılmış isti su içərək başlayın. İsti su maddələr mübadiləsini sürətləndirməklə yanaşı yağ toxumalarının parçalanmasına da kömək edəcək.

2. Burun və boğazı təmizləyir

İsti su içmək soyuqlama zamanı, öskürək və boğaz ağrısından xilas olmaq üçün ən mükəmməl təbii üsuldur. Bəlğəmi təmizləyir və bədəndən atılmasını asanlaşdırır. Həmçinin burnun tez-tez tutulmasının qarşısını alır.

3. Mensturasiya sancılarından xilas edir

İsti su mensturasiya sancılarının azalmasına kömək edir. İsti suyun qadının qarın əzələlərinə sakitləşdirici təsiri var. İsti su spazmları da aradan qaldırı və bu dövrü daha rahat keçirməyinizə səbəb olur.

4. Detoks effekti verir

İsti su orqanizmi təmizləmək üçün ideal vasitədir. Detoks etmək istəyirsinizsə, mütləq isti su içməlisiniz. İsti su içdikdə bədən istiliyiniz yüksəlməyə başlayır ki, bu da tərləməyinizə səbəb olur. Bu zaman bədəndəki toksinlər atılır. Ən yaxşı nəticə üçün içmədən əvvəl suya bir-iki dilim limon sıxın.

5. Erkən yaşlanmanın qarşısını alır

Toksinlər insanın daha tez qocalmasına səbəb olur. İsti su isə toksinlərin atılmasına səbəb olmaqla yanaşı elastikliyi azalmış dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir. Beləliklə, dəriniz daha gənc və yumşaq görünər.

6. Sızanaqlar və qara nöqtələri önləyir

İsti su bədəni və dərini təmizləyər, beləliklə, sızanaq və qara nöqtələrin meydana gəlməsinin əsas səbəblərini aradan qaldırar.


7. Sağlam saçlara qovuşdurur

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün də idealdır. Bol-bol isti su içdikdə saç köklərindəki sinir ucları aktiv hala gəlir. Bu da saçlarınızın təbii parlaqlığını əks etdirib, daha sağlam görünməsinə təsir edir.

8. Daha uzun saçlar

İsti su içərək saç köklərinizin daha aktiv fəaliyyətdə olmasına kömək edə bilərsiniz. Beləliklə, saçlarınız daha tez uzanacaq və daha gur olacaq.

9. Kəpəkdən birdəfəlik xilas edir

İsti su içdikdə saç dəriniz daha çox nəmlənir. Bu da dərinin qurumasının və kəpəyin əmələ gəlməsinin qarşısını alır.

10. Qan dövranını sürətləndirir və sinir sistemini gücləndirir

İsti su içmək əzələlərin və sinir sisteminin daha yaxşı işləməsi üçün əhəmiyyətlidir. Çünki qan dövranını sürətləndirir və yağ təbəqələrini parçalayır. Həmçinin, sinir sisteminizi möhkəmləndirir.

11. Həzm sistemini yaxşılaşdırır

İsti su xüsusilə də həzm üçün çox faydalıdır. Tədqiqatlar yemək zamanı və ya yeməklərdən sonra soyuq su içməyin qəbul edilən qidalardakı yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu bağırsaqlarınızın iç divarlarında yağ təbəqələrinin meydana gəlməsinə və bağırsaq xərçənginə səbəb ola bilər. Ancaq soyuq su əvəzinə isti su içsəniz, bu problemlə qarşı-qarşıya qalmazsınız. İsti su həm də yeməklərdən sonra baş verən həzmsizlik problemlərinə də yaxşı təsir göstərir.

12. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır

İsti su bağırsaqların yaxşı işləməsinə səbəb olur. Bu da sizi spazmalardan xilas edir. Səhərlər acqarına bir stəkan isti və ya ilıq su içmək bağırsaqların daha yaxşı işləməsi üçün vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda
Zibillikdən bahalı üzük tapıldı
Yuxuda yaşayan birinin öldüyünü görmək nəyə işarədir?— Yuxu yozmaları

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı