Qaynar xətt:

(+99450) 247 90 86

Üzərində 447 brilyant daş olan "Heydər Əliyev" ordeni kimlərə verilib

2019-10/1572007164_1572004729_heyder-eliyev-ordeni.jpg

MARAQLI

2771

25.10.2019, 16:41

\"\"  Həmçinin oxu:  Bakıda \"BMW\" ilə yoxa çıxan Elvinin meyiti görün hardan tapıldı - ŞOK HADİSƏ+FOTO
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb və daha sonra onu qəbul edərək \"Heydər Əliyev\" ordeni ilə təltif edib.
Oxu24.com  yeniavaz.com-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev \"Heydər Əliyev\" ordeni ilə təltif edilən sayca 25-ci şəxs olub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ən yüksək təltifi olan \"Heydər Əliyev\" ordeninin təsisi Milli Məclisə Azərbaycan Prezidentinin \"Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında\" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunub. \"Heydər Əliyev\" ordeninin ilk laureatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. \"Heydər Əliyev\" ordeni ilə təltif olunanlar: 1. 28.04.2005  - İlham Əliyev, Azərbaycan Prezidenti 2. 29.04.2005  - İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi 3. 29.01.2007  - Jak Şirak, Fransanın sabiq Prezidenti 4. 27.03.2007  - Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor 5. 21.05.2008  - Viktor Yuşşenko,  Ukraynanın sabiq Prezidenti 6. 27.11.2008  -  Tahir Salahov,  Məşhur Azərbaycan və SSRİ rəssamı 7. 14.06.2009  - Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah,  Küveyt Dövlətinin Əmiri 8. 02.07.2009  - Lex Kaçinski,  Polşa Respublikasının sabiq Prezidenti 9. 10.08.2009 - Valdis Zatlers,  Latviya Respublikasının sabiq Prezidenti 10. 18.04.2011 - Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti 11. 14.11.2011 - Georgi Pırvanov,  Bolqarıstan Respublikasının sabiq Prezidenti 12. 11.07.2012 - Emoməli Rəhmon,  Tacikistan Respublikasının Prezidenti 13. 13.09.2013 - Arif Məlikov,  SSRİ xalq artisti 14. 11.11.2013 - Abdullah Gül, Türkiyənin 11-ci prezidenti 15. 17.11.2013 - Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti 16. 02.09.2014 - Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti 17. 29.06.2015 - Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti 18. 28.11.2016 - Aleksandr Lukaşenko, Belarus Prezidenti 19. 26.12.2016 - Zeynəb Xanlarova,  müğənni, SSRİ xalq artisti 20. 03.04.2017 - Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti 21. 20.12.2017 - Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı 22. 18.07.2018 - Sercio Mattarella,  İtaliya Respublikasının Prezidenti 23. 10.05.2019 - Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti 24. 26.08.2019 - Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri 25. 23.10.2019 - Ramiz Mehdiyev,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Onu da qeyd edək ki, \"Heydər Əliyev\" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən,  999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıladan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur. {banner_reklam} \"\" \"\" \"\"