Amerikada baş verən bir ölüm hadisəsi sosial mediada gündəm olub.
Medicina.az xəbər verir ki, evdə əl-üzünü yuyan 69 yaşlı qadın ölüb. Onun ölümünə isə su yolu ilə keçən bakteriyalar səbəb olub. Həkimlər bildirib ki, qadın xəstəliyi səbəbindən sinuslarını təmiz su ilə yumalı idi. Lakin o kran suyundan istifadə edib.
Yaşlı qadının başına gələn bədbəxt hadisə Beynəlxalq Yoluxucu Xəstəliklər Jurnalında dərc edilib. Qadın əvvəlcə burnundakı yara səbəbindən xəstəxanaya müraciət edib. Bunun sadə bir qızartı olduğunu düşünən həkimlər, antibiotiklərlə bir məlhəm müalicəsi yazıblar. Ancaq qadın bir il boyunca dərihəkiminə getməyə davam edib. Bir müddət sonra onun bədəninin sol tərəfi titrəməyə başlayıb, nəhayət xəstəxanaya qaldırılıb.
Həkimlər qadının beynində şiş olacağından şübhələnib və sınaq üçün bir toxuma nümunəsi götürüblər. Sonrakı bir neçə gün ərzində edilən əlavə araşdırmalar qadının beyin funksiyalarının pisləşdiyini ortaya çıxarıb. Beyində müəyyən edilən kütlə böyüdüyü üçün əməliyyat qərar verilib. Həkim qadının beynini araşdırmaq üçün kəllə sümüyünü açıb və xəstənin amöbə yoluxduğunu aşkar edib.
Həkimlər bildirib ki, sudakı amöblər (mikroskopik birhüceyrəli cins) əvvəlcə buruna daxil olub. Daha sonra qan vasitəsilə beyinə yol tapıb. Bu bakteriyalar qadının beynini yeyib və ölümünə səbəb olub.
Oxu24.com
ŞƏRHLƏR