Tayqada azərbaycanlıların saldığı iki şəhər - Çoxlarının bilmədiyi fakt
12:0119 Oktyabr, 2019
1466
MARAQLI
A
Azərbaycanın coğrafi hüdudlarından kənarda, ucsuz-bucaqsız Tayqa ərazisində ölkəmizdən gedən könüllülər tərəfindən iki şəhər inşa edilib. Ulkan və Anqoya adlanan bu şəhərləri yerli əhali “Azərbaycan şəhərləri” adlandırır.
Ümumilikdə götürdükdə isə Baykal-Amur Magistralı tikintisinin reallaşmasında daha bir azərbaycanlının - ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.
İrkutsk vilayətinin inzibati ərazisində yerləşən şəhərtipli Ulkan qəsəbəsinin və Buryat Respublikasında böyük dəmir yolu qovşağında yerləşən Anqoya qəsəbəsinin tarixi və bu günü haqqında Faiq Hüsiyevin ssenari müəllifi olduğu “BAM-da Azərbaycan izləri” sənədli filmində ətraflı tanış ola bilərsiniz.
ŞƏRHLƏR