Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19061
az

23 yaşlı əlili ziyarət edən meyxanaçılar: “O, bizdən yaxşı deyir” - DEYİŞMƏ

10:5216 Oktyabr, 2019
1221
MARAQLI
  • A
{banner_reklam}


“Ən böyük arzum odur ki, bütün əsgərlərimizin canı sağ olsun, bir gün mən də əsgər gedib gəlim. Evimi tikdirim, toyumu edim, qızı gətirim”.

İnsanı arzu, istək, ümid yaşadır. O da ağlı kəsəndən bu arzuyla yaşayır. Əhəd Rəfael oğlu Abbasov 1996-cı ildə Bakıda anadan olub. Anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Həyatda birinci arzusu bir gün əsgər gedib vətənin keşiyində dayanmaqdırsa, ikinci arzusu meyxanaçılarla bir araya gəlib onlarla qafiyə tutmaqdır.

Biz də APA TV olaraq Əhədin bu arzusundan xəbər tutan kimi onun arzusunu gerçəkləşdirmək qərarına gəldik. Hər zaman mavi ekrandan izlədiyi və meyxanalarını əzbər bildiyi Mehman Əhmədlini, Elşən Balaxanılını və yeganə qadın meyxanaçı olan Samirə Yusifqızını Əhədin görüşünə dəvət etdik. Təklifimizə müsbət reaksiya verən sənətçilərlə bərabər yollandıq gənc meyxana həvəskarının evinə. Əlimizdə hədiyyəmiz də vardı - Dövlət Sərhəd Xidmətinin Əhədə göndərdiyi sərhədçi forması.

Yaxınları deyir ki, Əhədin musiqiyə, xüsusilə meyxanaya həvəsi hələ uşaq yaşlarından yaranıb. Harada meyxana eşidir, həmin an öz dünyasına qapılır. Bəzən saatlarla meyxanaya qulaq asır. Elə buna görədir ki, bu gün fəaliyyət göstərən meyxanaçıların hər birini ayrı-ayrılıqda tanıyır. Hətta meyxanalarını əzbərdən bilir: “Əhədin ən böyük arzusu əsgər getməkdir, xüsusilə də Sərhəd Qoşunlarında xidmət etmək istəyir. Onun bu böyük arzusunu eşidən Sərhəd Qoşunlarının rəhbərliyi Əhəd üçün bir hədiyyə göndərib - əsgər geyimi”.

“Mən özüm heyrət edirəm ki, Əhəd bütün meyxanaları əzbər bilir. Bizim bu qədər söz xiridarları var ki, onların çoxu bu qədər meyxana bilmir. Bura gələndən özümü çox yüngül hiss edirəm. Allah köməyi olsun hər zaman”.

“Bu balamızı əsgər paltarında gördük, bir qədər də sevindik. Bu gün Əhədin arzularını yerinə yetirdiksə, nə xoş bizə. Bizim üçün çox xoş təəssüratlar oldu. Burada dostlaşdıq”.

“Mən sizə minnətdarlığımı bildirirəm ki, bizi belə bir qardaşımızın varlığından xəbərdar etdiniz. Biz də gəlib onu gördük, çox xoş oldu. Bu gün əsgər paltarı geyindi, o gün olsun bəylik kostyumunu geyinsin”.

Ailədə 2 övlad olan Əhəd anasının himayəsində yaşayır. Anası deyir ki, oxumağa həvəsli olduğundan, ona fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar kimi evdə təhsil də veriblər. Bu gün Əhəd həmyaşıdları kimi yazıb-oxumağı bacarır. Uşaq yaşlarında atasını itirən Əhəd indi özünü evin böyüyü hesab edir.  

“Bu əsgər paltarını geyinməyə Əhəd çox həvəsli idi. Təşəkkür edirik hər kəsə ki, bu gün onun arzuları həyata keçdi”.

“Bu gün mənim balamı sevindirən hər kəsə təşəkkür edirəm. Elçin Quliyevin rəhbərliyində Sərhəd Qoşunlarına dərin minnətdarlığımı bildirirəm”.

Bir qəlbi sevindirmək min duaya bərabərdir. Bu gün Əhədin arzuları qismən gerçəyə çevrildi. Qalır onun tək arzusu - bir gün evini tikib, toyunu edib, gəlinini gətirmək…

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR – FOTOLAR (+18)
Sən demə, soyuq havada maşını qızdırmaq olmaz - ŞOK FƏSADLAR

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Təbriz sakini azərbaycanlı olduğu üçün Ermənistanda döyülüb- VİDEO