Qaynar xətt:

(+99450) 247 90 86

Nə istəsən yaz getsin nöqtələrin yerinə... Qismət Rüstəmovdan seçmə

2019-10/1571071846_1455867701_qismet-rustemov.jpg

MARAQLI

1447

14.10.2019, 20:51

\"\" 
Oxu24.com şair Qismət Rüstəmovun \"Yelena \" şeirini təqdim edir: Əlləri su damlası, boynu uzun
Yelena, Səsin mənə mükafat, gözün hüzn Yelena, Şeir oxu soyuqda, sözlə qızın, Yelena, Qızınmasan yandır ki, qızınasan birtəhər, Yoxlamışam, Yelena, yaxşı yanır şeirlər... Sən bilərsən, yıxıldım, yoxsa daş kimi düşdüm ? Düşdümsə də ölmədim, çünki çoxdan ölmüşdüm. Sənsiz keçən günlərin var- yoxunu... demişdim, Qəzəbimi boğuram, çox getmirəm dərinə, Nə istəsən yaz getsin nöqtələrin yerinə... Maşınlar ötüb keçir, dönər alır uşaqlar, Dişlərini ağardır yazılmamış varaqlar, Yoxluğundan tikilib bütün evlər, otaqlar, Mən sənin yoxluğuna mühacirəm, Yelena, Nə düşünsən haqlısan, müqəssirəm, Yelena.