Qaynar xətt:

(+99450) 247 90 86

Alma, soğan və kartofun dadı eynidir,yalnız qoxuları fərqlidir— Heç vaxt eşitmədiyiniz maraqlı faktlar

2019-09/1567835618_teeccub.jpg

MARAQLI

2202

07.09.2019, 09:53

\"\"  Oxu24.com oxuculara maraqlı və heyrətedici məlumatlar toplusunu təqdim edir:
Dünya bildiyimizi sandığımız, əslində isə bilmədiyimiz sonsuz sayda gerçəkliklə doludur. Sizə təəccüblənəcəyiniz bəzi məlumatları təqdim edirik: - Dünyada hansı irqdən olmasına baxmayaraq bütün yeni doğulan körpələr 440 hz yüksəkliyində və \"la\" notu ilə ağlayır. - Xiyarın tərkibinin 96 faizi sudur. - Bal xarab olmayan yeganə qidadır. - Dünyada 4300-ə yaxın fərqli din var. - Ay işığının bizə çatması 1,3 saniyə çəkir. - Buqələmunların dili bədənlərindən iki qat uzundur. - Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir. - Fillərin rəngi əslində boz deyil, qızılı-torpaq rəngidir. Boz görünmələrinin səbəbi palçıqlı suların üzərilərində qurumasıdır. - Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir. - Albert Eynşteyn 9 yaşından sonra tam danışmağa başlayıb. Buna görə də ailəsi onun əqli cəhətdən qüsurlu olduğunu düşünüb. - \"Santa Klaus\"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb. - Qütb ayıları isti və nəmli mühitdə qaldıqları zaman kürklərinin rəngi yaşıla çevrilir. - Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir. - Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər. - Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır. - Dünyada ən çox satılan telefon \"Nokia\" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan \"Nokia 1100\"dır. - Soğan doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin. - İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir. - Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir. - Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir. - İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər. - Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılıb və daxili qanaxma səbəbilə dünyasını dəyişib. - Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür. - İnsan ildə ən az 1460 ədəd yuxu görür. - \"Karaoke\" sözü Yapon dilində \"quru orkestr\" sözünün qısaldılmasıdır. \"Kara\" Yapon dilində boş deməkdir. - Ördəyin səsi əks-səda vermir. - Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15 - 20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir. - Ən ağıllı canlılardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər. - Ağcaqanadlar əllərini ovuşdurup başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər. - Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var.