BU BÜRCLƏR üçün dönüş nöqtəsi başladı: 4 gün davam edəcək – ŞAD XƏBƏR
06 Dekabr 2025, 21:01
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
771
22.07.2025, 11:19
Mohammed Abdulqaffar Meşali 5 aprel 1944-cü ildə Misirdə orta səviyyəli bir ailənin övladı olaraq anadan olub. O, uzun illər ərzində Misirin ən çox qazanan, ən məşhur həkimlərindən biri olmuşdu. Meşalinin özəl klinikası vardı və zəngin bir həyatı yaşayırdı. Amma bir gün klinikasında şahidi olduğu bir hadisə onun həyatını kökündən dəyişdi.
Qlobal.net bildirir ki, onun kabinetinə bir gün yoxsul bir ana iki oğlu daxil olur. Uşaqlardan biri xəstə idi və ona iynə vurulmalı idi. Amma bu iynə pullu idi və kasıb qadın üçün əlçatmaz idi. Ana deyir: “Əgər bu iynəni alsam, bir ay ac qalacağıq”.
Bu sözlərdən sonra qadının böyük oğlu klinikanın pəncərəsini açır və özünü aşağı atır. Atılmadan əvvəl isə anasına “Qardaşıma yaxşı bax” deyir…
Həyatını dəyişən an
Bu hadisə Meşalini dərindən sarsıdır. Qardaşı üçün özünü fəda edən bu uşağın hərəkəti həkimin bütün düşüncələrini alt-üst edir. Meşali dərhal qərar verir – var-dövlət gətirən özəl klinikasını bağlayır və Misirin ən yoxsul bölgələrindən birində yeni, sadə bir klinika açır.
“Kasıbların həkimi” kimi tanındı
Bu andan sonra Meşali həyatını tam dəyişir. Yalnız yoxsul insanları pulsuz müayinə etmir, eyni zamanda geyim tərzini, həyat stilini də dəyişir. Bahalı geyimlərdən imtina edir, kasıblar kimi geyinir və onların arasında yaşayır.
Dünya onu tanıdı
Meşali elə bir nüfuza çatır ki, təkcə Misirdə deyil, bütün dünyada “kasıbların həkimi” kimi tanınmağa başlayır. CNN, BBC kimi beynəlxalq kanallar onun hekayəsini yayımlayır. 28 iyul 2020-ci ildə, pandemiyanın ilk ilində vəfat etdikdə dünya mediası onu “yaxşılığın simvolu” kimi təqdim etdi. İngiltərənin Yaxın Şərq nümayəndəsi Rosie Dyas yazır: “Dünya bu gün kasıbları müalicə edən böyük bir insanı itirdi.”
Həmçinin oxuyun
Sərvət təkliflərini rədd etdi
Onun fədakarlığı, sadəliyi və dürüstlüyü ərəb ölkələrinin də diqqətini çəkdi. Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, bir çox ölkədən ona minlərlə dollar dəyərində yardım və hədiyyələr təklif olundu. Amma Meşali bu pulları rədd etdi və “Bu vəsait ehtiyacı olanlara, yetimlərə və kimsəsizlərə verilsin” dedi.
“Dünya mənə istədiyimdən çoxunu verdi”
Meşali ömrünün sonuna qədər Tanta şəhərindəki klinikasında yoxsul insanlara pulsuz yardım etməyə davam etdi. O, təkcə öz övladlarını deyil, qardaşlarının yetim qalan uşaqlarını da böyütdü. Vəfatından əvvəl verdiyi bir müsahibədə belə demişdi:
“Dünya mənə istədiyimdən və haqq etdiyimdən daha çoxunu verdi.”
Son vida və vəsiyyəti
Meşali 28 iyul 2020-ci ildə qəfil vəfat etdi. Ölümündən saatlar əvvəl belə, klinikasına gələn imkansız xəstələri qəbul etmişdi. Koronavirus tədbirlərinə baxmayaraq, yüzlərlə insan onun cənazəsində iştirak etdi. Geridə isə bu vəsiyyəti qoydu:
“Kasıblara yaxşı davranmanızı vəsiyyət edirəm”
17:18 / 07 Dekabr 2025
216
16:27 / 07 Dekabr 2025
1756
13:42 / 07 Dekabr 2025
575
13:38 / 07 Dekabr 2025
105
13:37 / 07 Dekabr 2025
119
13:32 / 07 Dekabr 2025
105
13:07 / 07 Dekabr 2025
2322
12:56 / 07 Dekabr 2025
1331
10:17 / 07 Dekabr 2025
147
21:53 / 06 Dekabr 2025
2174
21:51 / 06 Dekabr 2025
199
21:01 / 06 Dekabr 2025
557
20:56 / 06 Dekabr 2025
635
20:49 / 06 Dekabr 2025
1198
20:31 / 06 Dekabr 2025
2998
16:35 / 06 Dekabr 2025
650
13:28 / 06 Dekabr 2025
332
13:21 / 06 Dekabr 2025
423
13:12 / 06 Dekabr 2025
1343
13:10 / 06 Dekabr 2025
226
11:52 / 06 Dekabr 2025
218
10:43 / 06 Dekabr 2025
960
10:41 / 06 Dekabr 2025
271
10:39 / 06 Dekabr 2025
208
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.