Bu gün Dubay deyərkən, ağlımıza uzun göydələnlər, lüks, zənginlik, neft və bahalı maşınlar gəlir. Bəs, bunlardan əlavə, Dubayın gündəlik yaşam tərzini, orada daha nələrlə qarşılaşa biləcəyinizi təsəvvür edirsinizmi? Oxu24.com "Demədi-demə" Youtube kanalına istinadən Dubay haqqında 10 ən maraqlı faktı təqdim edir.
1. Əhali. Dubay əhalisinin 85%-inin əcnəbi, 15%-inin isə ərəb olduğu təxmin edilir. Əhalinin böyük hissəsinin əcnəbi olması son illərdə inşaat sektorunun sürətli inkişafı ilə bağlıdır. Bu sahədəki əmək qüvvəsi isə ölkə xaricindən gələnlərdir. Əcnəbi əhalinin bir qismi də Hindistan, Pakistan və Banqladeşdən gələn miqrantlardır. Dubay cəmiyyətində sinfi fərq olduqca qabarıqdır. Miqrant kimi gələn işçilər ağır şəraitlərdə yaşayır, çox işləyib az maaş alırlar. Dubayın yerli əhalisi isə, əksinə, lüks həyat yaşayır. Onlar çox varlıdır. Statistik məlumatlara əsasən, Dubayda kişilərin sayı qadınların sayından çoxdur. Aparılan sonuncu araşdırmada 2,5 milyonluq şəhər əhalisinin 1,7 milyonunun kişi olduğu məlum olub.
2. Göydələnlər. Dünyanın ən varlılarının yaşadığı şəhərdə gözalıcı struktura malik binaların tikilməsi normaldır. Amma, Dubay heç də böyük şəhər deyil. Burada 1344 göydələn var. Hong-Kongda bu rəqəm 6606, Nyu-Yorkda isə 6180-dir. Dünyanın ən uca binası Bürc-Əl-Xəlifə Dubayda olsa da, ən uca yaşayış binası Nyu-Yorkdadır. 2014-cü ilədək 413 metrlik “Princess Tover”lə Dubay bu istiqamətdə lider idi. Ancaq, 2014-cü ildən bu yana “ən uca yaşayış binası” ünvanını Nyu-Yorkdakı 426 metrlik 432 Park Avenue binasına uduzub.
{banner_reklam1}
3. Polis maşınları. Əgər mövzu sizin nə qədər zəngin olduğunuzu göstərməkdirsə, bilin ki, bu işi dubaylılardan daha yaxşı kimsə bilmir. Təbii ki, şəhər polisləri də ənənədən kənarda qalmır. Onlar dünyanın ən lüks avtomobilləri sayılan “Lamborgini”, “Ferrari”, “Bugatti Veyron”la xidmətə hazırdır. Sırf bu lüks maşınları sürmək üçün insanın ürəyindən Dubayda polis işləmək keçir.
4. Əbu-Dabi. İndiyədək Dubayın nə qədər lüks və zəngin bir şəhər olduğundan danışdıq. Maraqlı deyilmi, Dubayın zənginliyinin qaynağı nədir? Təbii ki, qonşusu Əbu-Dabi Əmirliyi. Bürc-Əl-Xəlifənin finansal dəstəkçisi də bu əmirlik olub. Elə ona görə də, bina Əmirin şərəfinə adlandırılıb.
5. Dolanışıq. Dubayın maliyyə dəstəkçisinin Əbu-Dabi Əmirliyi olduğunu bildik. Bəs, bu dəstəkdən əlavə, Dubay əhalisi nə ilə dolanır? Təbii ki, turizm və neftlə. Daha qədimlərdə isə dubaylılar dolanışıq üçün balıqçılıq, heyvandarlıq və mirvari axtarışı ilə məşğul olublar. Mənbələrə əsasən, ötən əsrin əvvəllərində dənizdən mirvari toplayan gəmilərin sayı 7 mini keçirmiş. Maydan başlayaraq sentyabradək hər gün 14 saat suya baş vuran dənizçilər yığdıqları mirvariləri sataraq ailələrini saxlayıb.
6. Bankomatlar. “Dubayda nə var?” sualının daha bir cavabı da qızıldır. İndi bu şəhərdə qızıl suyuna çəkilən maşınlarla, hər addımda qızıl dişli insanlarla qarşılaşmaq təəccüblü deyil. Bizim pul çıxarmaq üçün yaxınlaşdığımız bankomatlara, dubaylılar qızıl çıxarmaq üçün üz tutur.
7. Ev heyvanları. Dubay əhalisinin çoxu evlərində vəhşi heyvan saxlayır. Onlar getdikləri yerlərə ilan, pələng, leopard, şir kimi şəxsi heyvanlarını götürməkdən çəkinmirlər. Düzdür, son illərdə vəhşi heyvanların saxlanması ilə bağlı qanun bəzi çərçivələr qoyub, yenə də, “pul olan yerdə, hər şey olar”.
8. Ünvan sistemi. Bilirdinizmi ki, Dubayda ünvan qeydiyyatı bütün dünyada olduğu kimi aparılmır?! Burda nə küçə, nə məhəllə, nə də poçt qutusu deyə bir anlayış yoxdur. İnsanlar bir-birlərinə ünvanlarını başa salmaq üçün xətlər çəkir, yaşadığı binanın adını deyir, ya da o ətrafda tanınan bir məscidin, restoranın adıyla istiqamət təyin edirlər. Bu şəhərdə evləri nömrələməyə 2015-ci ildən başlayıblar.
{banner_reklam}
9. Vergi. Orta Şərqin “0 vergi” anlayışı Dubaydan qaynaqlanır. Burada təhsil haqqından, təyyarə ilə səyahətdən, maaşdan, xüsusilə əcnəbi iş adamlarının gəlirindən vergi tutulmur. Adam düşünür ki, nə yaxşı, get, qazan, pul yığ. Amma, Dubayın bahalı şəhər olduğunu unutmaq lazım deyil. Maaşını ay sonuna qədər qənaətlə xərcləyən insanlar Dubayda da var.
10. Şahzadələr. Dubay şahzadəsi Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum sosial şəbəkədə paylaşdığı şəkillərlə məhşurdur. Şahzadə Məhəmməd İbn Salman isə qadınlara olan düşkünlüyü ilə tanınır. Xüsusilə, onun İvanka Trampa etdiyi təklif uzun müddət dünya mediasında gündəm olub. Trampın qızı əri və ailəsinin digər üzvləri ilə Səudiyyə Ərəbistanında səfərdə olarkən, Məhəmməd İbn Salman bütün iqtisadi və siyasi məsələləri bir kənara qoyub, İvankaya bir gecə üçün 100 yox, 200 dəvə verəcəyini vəd edib. Üstəlik, İvankadan uşağının olmasını arzuladığını da deyib. Bu mövzu haqqında Tramp ailəsindən heç bir açıqlama verilməyib.
Oxu24.com
ŞƏRHLƏR