Müşk maralı niyə ovlanır?
01 Sentyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1881
13.11.2024, 12:50
Elə heyvanlar var ki, ilk baxışdan onların təhlükəli olmadığını düşünürük. Bir qədər yaxından maraqlandıqda isə tamamilə yanlış düşündüyümüzü anlayırıq. Belə canlılardan biri də begemotlardır. Onlar hər il orta hesabla 500-dək insanın ölümünə səbəb olurlar.
Trend Tanzaniyada, Serengeti qoruğunda da məskunlaşan begemotlar haqqında maraqlı faktları təqdim edir:
- Begemot quruda yaşayan ən iri heyvanlardan biridir. Çəkisi bəzən 4 tonadək olur.
- Yaşlı erkək begemot 3 metr uzunluğu olan timsahı dişləyərək yarıya bölə bilər. Onun çənəsinin gücü 230 kiloqrama bərabərdir.
- Bədən ölçüsünə nəzərən begemotun baş ölçüsü çox böyükdür.
- Suyun altında nəfəsini 5 dəqiqəyədək saxlaya bilir. Suyun üzünə çıxdıqda isə rahat şəkildə saatlarla yatır.
- Ağzı 120 santimetrədək açılır.
- Həm suyun üzündə, həm də altında özünəməxsus səs çıxara bilirlər. Hər iki halda həm də eşidə bilirlər. Hənirtiləri 15 desibelə çatır.
- Hamiləlik dövrü 8 ay davam edir. Bala begemotun çəkisi 25-55 kq arası olur.
- Zəruri qidanı tapmaq üçün begemotlar bir gecədə 10 km məsafəni qət edə bilirlər.
- Yalnız şirin su hövzələrində yaşayan begemotların duzlu sularla arası yoxdur.
- Fillərlə müqayisədə çox "gözütox"durlar. Filin yediyinin 1/6 hissəsini yeyirlər: gün ərzində cəmi 50 kq bitki. Bitkiləri də dişləmədən, yəni dodaqları ilə qoparırlar. Suda bitən bitkilərə yaxın durmurlar.
- Qısa məsafədə begemotlar saatda 30 km sürətlə qaça bilirlər.
- Yer üzündə ən qalın dəriyə sahib heyvanlardan biridir. Bəzən təkcə dərilərinin çəkisi yarım tona çatır.
- İsti havada və ya günün altında çox olanda begemotun dərisi çəhrayı rəngə çalmağa başlayır. Dəridən ifraz olunan, onu çəhrayı rəngə bürüyən xüsusi maye begemotları Günəşin zərərli şüalarından qoruyur.
- Afrikada insan üçün ən təhlükəli heyvan nə aslan sayılır, nə də timsah. Bu cəhətdən begemot hamısını geridə qoyub. Özlərininsə vəhşi təbiətdə düşməni, demək olar ki, yoxdur. Ancaq bala və zəifləmiş fərdlər aslanların və ya timsahların qurbanı ola bilərlər.
- Vəhşi təbiətdə 45 il, heyvanxanalarda isə daha çox yaşayırlar.
- 3 həftə yeməksiz qala bilirlər. Mədələrindəki qida qalıqları 2 gün bəs edir.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.