Qaynar xətt:

(+99450) 247 90 86

Sabir Rüstəmxanlının qızı boşandı - Elçin aliment verəcək

Sabir Rüstəmxanlının qızı boşandı - Elçin aliment verəcək

MARAQLI

1025

16.02.2024, 21:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

A.Rüstəmxanlı 2017-ci il təvəllüdlü oğlunun onda qalmasını və qarşı tərəfin aylıq aliment ödəməsini tələb edib. O məhkəmədə bildirib ki, ailədə münasibətlər davam edə bilməyəcək formada sarsılıb və bir-birilərinə inam-etibarları qalmayıb.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasında 2016-cı ildə bağlanmış rəsmi nikah ləğv edilib. Cütlüyün 2017-ci il təvəllüdlü oğlu C.Cəfərli ananın himayəsinə verilib və Elçin Cəfərovun aylıq 235 manat aliment ödəməsinə qərar verilib.

Qeyd edək ki, cütlüyün boşanması haqda ilk xəbəri Metbuat.az yayıb.