Qaynar xətt:

(+99450) 247 90 86

Telefonun ekranında *#06# yığaraq bu məlumatı ala bilərsiniz  — YENİLİK

Telefonun ekranında *#06# yığaraq bu məlumatı ala bilərsiniz  — YENİLİK

MARAQLI

2029

23.01.2024, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 10 ildə Azərbaycanda 25 milyondan çox IMEI (mobil cihazın beynəlxalq idnetifikasiyası) qeydiyyatdan keçirilib.


 

Oxu24.com   “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətə istinadən xəbər verir ki, surəti köçürülən 16 mindən çox IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılıb.

 

Bu IMEI kodlar üzərində 1,5 milyon nömrə şəbəkədə görünüb.

 

 

Qeyd edək ki, vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.

 

 

Müəllif:Azər