Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86154
az

Qəzet və saytlar vergilərin ləğvindən nə qazanacaqlar...

18:4403 Aprel, 2023
82
MANŞET
  • A

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.

Bu qanunla 1 yanvar 2023-cü ildən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

Qəzet və saytların vergidən azad olmasının əhəmiyyəti haqqında fikir bildirən

“OXU24.COM ” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Azərbaycanda media orqanlarının mənfəət, gəlir və sadələşdirilmiş vergidən azad edilməsi reallıqdan doğan bir addımdır. Təəssüf ki, illərdir müstəqil medianın özünü tənzimləməsilə təşəbbüslər olsa da, hələ də Azərbaycanda media əsaslı şəkildə öz ayaqları üzərində dayana bilmir: “Bu hal həm televiziya, həm sayt, həm də qəzetlərə aiddir. Məlumdur ki, reklam sahəsində gələn gəlir olduqca aşağıdır. Bu da medianı digər mənbələrdən asılı hala salır. Digər mənbələrdən əldə edilən yardım isə vergi və bəzi ödənişləri edilməsinə tətbiq olunurdu. Bu səbəbdən də hesab edirəm ki, yeni qərar medianın effektli fəaliyyəti və gələcək iqtisadi inkişafı üçün zəruri addımlardan biridir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
“Şirin” geri qayıdır - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi