TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
369
31.01.2025, 09:00
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
OXU24.COM xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.
1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
Həmçinin oxuyun
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyasının işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
20:02 / 12 May 2025
Zelenski də bu fikri dəstəklədi
1
20:00 / 12 May 2025
Saleh Məmmədov əmr imzalayıb
1
19:54 / 12 May 2025
Rusiya səfiri Polşa polisini 9 May təxribatları zamanı fəaliyyətsizlikdə ittiham edir
3
19:48 / 12 May 2025
Marketin yanında meyiti tapılan qadın kimdir?
134
19:44 / 12 May 2025
Avropa Rusiyaya təzyiqləri artıracağına söz verib
7
19:41 / 12 May 2025
Həmas tərəfindən azad edilən amerikalı Qırmızı Xaça təhvil verilib
7
19:33 / 12 May 2025
İlham Əliyev Ərdoğanı təbrik etdi
84
19:22 / 12 May 2025
Modi Pakistana hava zərbələrinin dayandırıldığını açıqlayıb
10
19:10 / 12 May 2025
Suriya sanksiyaları ləğv etmək üçün ABŞ-a resurslara çıxış təklif edəcək
12
19:09 / 12 May 2025
Əməkdar artist dünyasını dəyişdi
16
19:03 / 12 May 2025
Həftəsonunu Qəbələdə keçirmək istəyənlərin nəzərinə!
22
18:55 / 12 May 2025
Tramp ABŞ-Çin danışıqlarını dəyərləndirir
14
18:51 / 12 May 2025
“Komedixana” ulduzlarının avtomobilləri: “Range Rover” sürən də var…
401
18:48 / 12 May 2025
Tramp İstanbul danışıqlarının müsbət nəticələnməsinə inanır
14
18:34 / 12 May 2025
Zelenski şalvarını tərs geyinib? - Viral olan FOTOnun arxasındakı həqiqət
31
18:34 / 12 May 2025
Tramp onunla danışacaq
13
18:14 / 12 May 2025
Vəkildən açıqlama: Bu,həkimlər həbs oluna bilərlər
338
18:03 / 12 May 2025
Baş Prokurorluq açıqlama yaydı
38
17:58 / 12 May 2025
Rusiya hərbi zavodları tam gücü ilə işləyir
26
17:55 / 12 May 2025
Yaponiya relsli silahı sınaqdan keçirəcək
29
17:45 / 12 May 2025
Prezident nazirə yeni vəzifə verdi — SƏRƏNCAM
541
17:33 / 12 May 2025
İsrail bunu xahiş edir
33
17:13 / 12 May 2025
Britaniya artıq heç kimin ölkəyə daxil olmasına icazə verməyəcək
40
17:03 / 12 May 2025
Bu qız axtarılır — DİQQƏT!
462
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.