Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" - "Lion" oyununa 22000 bilet satıldı

"Qarabağ" - "Lion" oyununa 22000 bilet satıldı

CƏMİYYƏT

288

28.11.2024, 19:24

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı bu gün, saat 21:45-də start götürəcək.