TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
227
16.11.2024, 09:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.
Xarici İşlər Nazirliyindən OXU24.COM -a verilən məlumata görə, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.
Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.
Xarici İşlər Nazirliyindən OXU24.COM -a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.
COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:10 / 01 Sentyabr 2026
1
15:08 / 01 Sentyabr 2026
1
15:03 / 01 Sentyabr 2026
14
14:37 / 01 Sentyabr 2026
28
14:36 / 01 Sentyabr 2026
52
14:30 / 01 Sentyabr 2026
61
14:30 / 01 Sentyabr 2026
48
14:24 / 01 Sentyabr 2026
52
14:21 / 01 Sentyabr 2026
59
14:20 / 01 Sentyabr 2026
59
14:20 / 01 Sentyabr 2026
71
14:10 / 01 Sentyabr 2026
113
14:00 / 01 Sentyabr 2026
73
13:52 / 01 Sentyabr 2026
542
13:50 / 01 Sentyabr 2026
62
13:38 / 01 Sentyabr 2026
205
13:27 / 01 Sentyabr 2026
597
13:25 / 01 Sentyabr 2026
80
13:15 / 01 Sentyabr 2026
71
12:50 / 01 Sentyabr 2026
59
12:45 / 01 Sentyabr 2026
116
12:43 / 01 Sentyabr 2026
117
12:38 / 01 Sentyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.