Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə tibb bacısını maşın vurub öldürdü

Gəncədə tibb bacısını maşın vurub öldürdü

CƏMİYYƏT

275

07.11.2024, 23:12

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü R. Quliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman “Hyundai” markalı minik avtomobili onu vurub. Ağır kəllə beyin travması alan 55 yaşlı qadın xəstəxanaya çatdırılsa da, orada ölüb.

Qeyd edək ki, R. Quliyeva  Gəncə şəhər Birləşmiş xəstəxanasının tabeliyində fəaliyyət göstərən 2 saylı uşaq xəstəxanasının tibb bacısı olub. 

Faktla bağlı araşdırma aparılır.