TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
190
05.11.2024, 22:15
Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.
OXU24.COM xəbər verir ki, 46 yaşlı Nəzakət Məmmədova, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı YouTube kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.
Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. İttihamda, o, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.
Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım,” – deyə Məmmədova ifadə verib.
Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq - mühafizə orqanları tərəfindən saxlanılıb.
23:10 / 02 Sentyabr 2026
291
22:51 / 02 Sentyabr 2026
69
22:50 / 02 Sentyabr 2026
93
22:45 / 02 Sentyabr 2026
79
22:34 / 02 Sentyabr 2026
210
22:15 / 02 Sentyabr 2026
74
22:13 / 02 Sentyabr 2026
477
22:09 / 02 Sentyabr 2026
150
22:03 / 02 Sentyabr 2026
277
21:58 / 02 Sentyabr 2026
63
21:48 / 02 Sentyabr 2026
2070
21:39 / 02 Sentyabr 2026
61
21:30 / 02 Sentyabr 2026
354
21:22 / 02 Sentyabr 2026
68
21:19 / 02 Sentyabr 2026
65
21:15 / 02 Sentyabr 2026
74
21:08 / 02 Sentyabr 2026
75
21:06 / 02 Sentyabr 2026
82
21:04 / 02 Sentyabr 2026
2117
20:54 / 02 Sentyabr 2026
148
20:45 / 02 Sentyabr 2026
64
20:34 / 02 Sentyabr 2026
98
20:24 / 02 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.