TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
302
29.10.2024, 09:19
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasova ölkədən qaçıb.
Məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan adıçəkilən qurumun mühasibi vəzifəsində çalışmış Z.Abbasovanın Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.
Z.Abbasova artıq dövlətlərarası və beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.
Qeyd edək ki, ittihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.
Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.
Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 254 manatı mənimsəyib.
İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib.
23:08 / 03 Sentyabr 2026
1
22:53 / 03 Sentyabr 2026
43
22:42 / 03 Sentyabr 2026
35
22:30 / 03 Sentyabr 2026
39
22:14 / 03 Sentyabr 2026
46
22:03 / 03 Sentyabr 2026
45
22:01 / 03 Sentyabr 2026
563
21:51 / 03 Sentyabr 2026
62
21:48 / 03 Sentyabr 2026
56
21:20 / 03 Sentyabr 2026
60
21:14 / 03 Sentyabr 2026
66
21:01 / 03 Sentyabr 2026
53
20:48 / 03 Sentyabr 2026
66
20:30 / 03 Sentyabr 2026
169
20:16 / 03 Sentyabr 2026
67
19:58 / 03 Sentyabr 2026
116
19:45 / 03 Sentyabr 2026
70
19:34 / 03 Sentyabr 2026
88
19:33 / 03 Sentyabr 2026
70
19:19 / 03 Sentyabr 2026
86
19:12 / 03 Sentyabr 2026
69
19:07 / 03 Sentyabr 2026
67
18:50 / 03 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.