Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110494
az

Yer Venera ətrafında olan yeganə aktiv zondla ƏLAQƏNİ İTİRDİ

23:1430 May, 2024
81
MANŞET
  • A

Yaponiyanın JAXA kosmik agentliyi Venera ətrafında orbitdə olan yeganə aktiv Yer zondu olan "Akatsuki" kosmik gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə JAXA missiyasının rəsmi "X" hesabındaməlumat verilib.

Bildirilib ki, cihaz aprel ayında gələn siqnallara cavab verməyi dayandırıb .

Yapon dilində "sübh" mənasını verən "Akatsuki" 2010-cu ildə istifadəyə verilib. Əsas mühərrikin nasazlığı səbəbindən Venera orbitinə daxil ola bilməyən qurğu missiyanı tamib və zondu istədiyi trayektoriyaya salıb.

JAXA-nın məlumatına görə, uzun müddət aşağı sabitlikdən sonra kosmik gəmi ilə əlaqə kəsilib. Yerlə təması təmin etmək üçün cihaz antenanın mövqeyini təyin edən sabit oriyentasiya saxlamalıdır.

"Akatsuki" 2018-ci ildə əsas missiyasını başa vursa da, zond Venera haqqında qiymətli məlumatları geri göndərməyə davam edib və bu, alimlərə günəş sistemindəki ən isti planetin iqlimini və atmosfer dinamikasını daha yaxşı başa düşməyə imkan verib.

Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vətəndaşlar saxta məhsulu ayırd edə bilirlərmi? - VİDEO
Əti saxlayarkən hansı səhvlərə yol veririk? - Məsləhət
Dünyada ilk dəfə dişi bərpa edən dərman sınaqdan keçiriləcək

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Mikroavtobus sürücüsü avtobus dayanacağında 5 qızı zorlamaqda ittiham olunur
Putini havada belə qorudular - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Barmaqlarınızda uyuşma var? - Bu xəstəliyin əlaməti ola bilər
Kəlbəcərdə yabanı halda bitən külli miqdarda çətənə məhv EDİLDİ