Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dörd maşın qəzaya uğrayıb, qaz borusu zədələnib - FOTO

Bakıda dörd maşın qəzaya uğrayıb, qaz borusu zədələnib - FOTO

KRİMİNAL

515

10.12.2023, 09:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Nəsib bəy Yusifbəyli küçəsində baş verib.


Belə ki, Əliheydərzadə Natiq Mais oğlu “Toyota Prius” markalı maşını Heybətzadə Cavidan Cəmaləddin oğlunun idarəetməsində olan “Hyundai” markalı avtomobilə çırpıb.

İdarəetmədən çıxan “Toyota Prius” qaz borusuna çırpılıb.

Zədələnən boru yol kənarında dayanan “Toyota Rav 4” və “Mercedes” markalı maşınların üzərinə düşüb.

Hər iki maşına ciddi ziyan dəyib.

“Hyundai”da olan sərnişin, Yaqubov Sərvan Sədrəddin oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəza zamanı ümumilikdə dörd avtomobilə ziyan dəyib.

Hadisə yerinə Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin təhqiqatçısı gəlib.

Sürücülərin izahatı alınıb.

Fakt araşdırılır.