Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98973
az

Tükürpədici hadisə: Uşağı öldürüb meşədə basdırdı (VİDEO)

18:0105 Dekabr, 2023
399
  • A

Rusiyanın  Tula vilayətində  beş yaşlı uşağı döyərək öldürən şəxs məhkəmənin hökmü ilə 17 il müddətinə ciddi rejimli koloniyaya salınıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.


Məhkəmə təcavüzkarı 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

 

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "c" bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. 

 

İstintaq müəyyən edib ki, ölən oğlanın anası partnyoru ilə Boqoroditski rayonunda kirayədə yaşayırmış.


2020-ci ilin oktyabr ayında qadın beş yaşlı uşağını partnyorunun yanında qoyaraq bir həftəliyə gedib.

.Uşağın tabe olmadığına əsəbiləşən kişi onu döyüb, sonra yatıb. Gecə yuxudan duranda uşağın öldüyünü görüb.

Hadisədən  qorxan kişi uşağı ədyala bükərək meşə zolağına aparıb və meyiti orada basdırıb.

 

Qatilin özü Tver vilayətinin sakinidir. İndi o, 17 il müddətinə ciddi rejimli koloniyaya göndəriləcək.

 

Bundan əvvəl daha bir dəhşətli hadisə barədə məlumat yayılmışdı: Tulada kişi bir yaşlı oğlunu öldürüb.

 

 

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın öldürüldü
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu
Alidə Kazımova qətlə yetirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ