Qaynar xətt:

(+99450) 247 90 86

Çinarənin anası metroda baş verən hadisədən DANIŞDI - VİDEO

Çinarənin anası metroda baş verən hadisədən DANIŞDI - VİDEO

KRİMİNAL

731

29.11.2023, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi Bakının "Nərimanov" metrostansiyasında qatardan düşüb stansiyanı tərk edərkən özünü pis hiss edən və dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası olub.

OXU24.COM  xəbər verir ki, sənətçinin anası Kifayət xanım baş verən hadisənin təfərrüatları barədə "Günə son" ictimai-sosial verilişin canlı efirində danışıb.

Mərhumun xanımı müğənni qızının hazırda işləri ilə bağlı Türkiyədə olduğunu, sabah Bakıya geri qayıdacağını açıqlayıb: "Həyat yoldaşımın metroda halı pisləşib. İfarkt keçirib. Mənə zəng edib polis söylədi ki, bəs Məlik müəllimin halı pisdir. Həmin vaxt şəhidlərlə bağlı tədbirdə idim. Amma onun öldüyünü mənə söyləmədilər. Qismət... İşləri ilə bağlı qızım Türkiyədədir. Bu xəbəri Çinarəyə onun prodüseri çatdırıb. O, sabah Türkiyədən Bakıya gələcək".