Tovuzda ferma sahibinin oğlu küt alətlə qətlə yetirilib, sonra isə izin itirilməsi məqsədi ilə bina yandırılıb.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, hadisə Aşağı Öysüzlü kəndindəki "Ağ dağ" adlanan ərazidə, rayon sakini Habil Məmmədova məxsus fermada baş verib.
İlkin məlumata görə, rayon sakini 35 yaşlı Eldar İbrahimov sərxoş vəziyyətdə çobanlıqla məşğul olduğu fermanın sahibinin oğlu, 25 yaşlı Nicat Məmmədovla mübahisə edib. O, mübahisə zamanı dəmir materiallı küt alətlə Nicat Məmmədova zərbə vuraraq onu qətlə yetirməkdə şübhəli bilinir.
Mərhumun yaxınları bildiriblər ki, fermanın sahibi Habil Məmmədov qəssabdır və heyvandarlıqla məşğul olub. Hadisədə şübhəli bilinən Eldar İbrahimov da bir müddətdir ki, bu fermada çobanlıq edirmiş.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR