Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98133
az

İş Ali Məhkəməyə getdi

11:2118 Noyabr, 2023
280
KRİMİNAL
  • A

"Berlin Pub"da adam öldürməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə başlayır.

Oxu24.com-un məlumatına görə, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Ali Məhkəmədə keçiriləcək proses noyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası istəyib
Bakı-Şamaxı yolunda yük maşını yandı - Video
Dəhşətli qəzada ölən bu qadın imiş - VİDEO

Astrofiziklər Süd Yolunun mərkəzindən qəribə radiasiya emissiyalarının mənbəyini tapıblar

18+

Metroda dəhşət: Kişi belə öldü  (18+VİDEO)
Qorxunc görüntülər: Uşaqlar ərazidən qaçdılar
Sink qaraciyərin müalicəsi ola bilər
Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası istəyib