Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93231
az

Göyçayda qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

10:3801 Avqust, 2023
239
KRİMİNAL
  • A
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən ağac emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz yolla əldə edilmiş 4,6 m³ həcmində işlik meşə materialı müəyyən edilib. Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Cülyandakı ağac emalı sexinin vətəndaş Tural Xəlilova, Çayarxıdakı ağac emalı sexinin isə Ədalət Qasımova məxsus olduğu üzə çıxıb. “Faktlarla bağlı ağac emalı sexlərinin sahibləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - deyə o qeyd edib. B.Məhəmmədovun sözlərinə görə, İsmayıllı rayonununda qanunsuz fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına məktub göndərilib. Göyçay rayonundakı sexdə aşkarlanmış işlik meşə materiallarının necə əldə olunması ilə bağlı isə araşdırma aparılır. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Generalın məhkəməsində ŞOK İFADƏ:
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı