Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89511
az

Narkotikə görə tutulan şəxs təqsirsiz çıxdı: Məhkəmə azad etdi

17:0020 May, 2023
152
KRİMİNAL
  • A

Oğurluqda və satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Qılman Dadaşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Qılman Dadaşov oğurluqda təqsirli bilinib, ona 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Müttəhimin narkotik ittihamı üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib.

Təqsirləndirilən şəxsə oğurluq ittihamı ilə həbsdə olduğu müddəti aşmayan azadlıqdan məhrum etmə cəzası təyin edilməsi əsası ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.

Qeyd edək ki, Dadaşov Qılman Çingiz oğlu oğurluq və narkotik cinayətlərində şübhəli bilinərək həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu
Bakıda vəzifəli şəxs hoteldə sevgilisini pəncərədən atdı
Keçmiş məhkum quldurluq etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu