Qaynar xətt:

(+99450) 247 90 86

Hilton otelde yanğın - Ərəblər çölə axışdı

2018-12/1545740213_hilton_fire_251218_05_3091477410.jpg

KRİMİNAL

1163

25.12.2018, 16:16

Bakıda hoteldə yanğın hadisəsi baş verib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektindəki “Hilton” hoteldə baş verib.
Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib. Hadisə nəticəsində hoteldə olanlar təxliyyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.