Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79359
az

Sürücü yoxa çıxıb - FOTO

20:4124 Dekabr, 2022
144
KRİMİNAL
  • A

Ucarda sürücü müəmmalı şəkildə yoxa çıxıb.

Ötən gün gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz nəqliyyat vasitəsini rayon ərazisində saxlayıblar. Sənət təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.

Qeyd edək ki, onun yaxınlıqdakı kanala düşməsi də ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər. Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyatı üzrə təhvil verilib.

Bu gün S.Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. S. Vahidovun tapılması istiqamətində axtarışlar davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib