Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.
Hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.(report)
Oxu24.com
ŞƏRHLƏR