Azərbaycan Respublikası prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi emiqrant, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.
Oxu24.com contact. az-a istinadən xəbər verir ki, onun haqqında rəsmi axtarış elan edilib
Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur.
Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Prokurorluğun mətbuat xidməti və blogerin özü həmin informasiya ilə bağlı hələ ki şərh verməyiblər.
Orduxan Teymurxan sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınır Oxu24.com
ŞƏRHLƏR