Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75244
az

14 yaşlı oğlanın əkizini bıçaqlama səbəbi dəhşətə gətirir

12:0520 Oktyabr, 2022
132
KRİMİNAL
  • A

Moskvanın şimalında 14 yaşlı məktəbli əkiz qardaşını kompüter oynamağa vermədiyi üçün onun boynundan bıçaqlayıb.

OXU24.COMbildirir ki, bu haqda Mk.ru xəbər verib.

Hadisə oktyabrın 18-də baş verib. Qardaşlar evdə nənələri ilə birlikdə olublar. Onlardan biri mətbəxdə oturub kompüter oyunu oynayıb, digəri ona kompüter verməyi xahiş edib. Oynayan yeniyetmə qardaşını vurmaqla hədələyib, qardaş isə cavab olaraq mətbəx bıçağını götürüb. Münaqişə nəticəsində bıçaq onlardan birinin boynuna dəyib.

Təqaüdçü təcili yardım çağırıb, uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər ona boyun nahiyəsində bıçaq yarası diaqnozu qoyublar və hazırda o, həkim nəzarətindədir.

Nəşr aydınlaşdırıb ki, qardaşlar arasında münasibətlər bir ildən çox əvvəl pisləşməyə başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü