Türkiyənin Adana bölgəsində dəhşətli olay yaşanıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı fermer 17 yaşlı qızın və dostlarının qurduğu tələnin qurbanı olub. Hadisə yerinə gələn polis əməkdaşları 55 yaşlı fermer Bəkir Önün meyitini tapıb. Polisin araşdırması zamanı şok detallar ortaya çıxıb. Məlum olub ki, fermer 17 yaşlı Y.K adlı bir qızla tanış olub. Qız onu intim münasibətdə olmaq üçün kirayəlik götürdüyü evə dəvət edib. Bu zaman qızın əvvəlcədən evə çağırdığı dostları fermeri şantaj etməyə və ondan pul almaq istəyiblər. Həyəcandan 55 yaşlı fermer evdə ölüb. Bundan qorxuya düşən gənclər evi tərk ediblər və izi itirmək üçün həkim çağırıblar.Artıq hadisə ilə bağlı həbs olunanlar var. Onlardan 2 nəfəri izahatı alındıqdan sonra sərbəst buraxılıb, digər 3 nəfər isə həbs olunub.
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR