Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6824
az

Bakıda jurnalisti təhqir edən polisin maşını YANDI - FOTO

11:2307 Noyabr, 2018
901
KRİMİNAL
  • A
 
Bakıda avtomobil yanıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı "Subaru” markalı şəxsi avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.

Qeyd edək ki, Yasamal rayonu ərazisində yol polisi əməkdaşı sürücüdən rüşvət alarkən jurnalistin kamerasına tuş gəlib. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Fərzəliyev Kənan Nizami oğlu sürücüdən qanunsuz olaraq pul tələb edib. Jurnalist Toğrul Allahverdili gördüyü hadisəni lentə almağa çalışsa da, yol polisi əməkdaşı jurnalistə qarşı kobud davranışlar nümayiş etdirib.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ