Qaynar xətt:

(+99450) 247 90 86

Ər və arvad faciəvi şəkildə öldü

Ər və arvad faciəvi şəkildə öldü

KRİMİNAL

484

08.12.2021, 19:04

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

OXU24.COM APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızı dəm qazından zəhərləniblər. Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.