Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19-a yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları kənd ərazisində hərəkətdə olarkən aşkarlanan həmin qadın tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarıb.
Digərlərinin də sağlamlığına təhlükə yaradan N.Qandayeva barəsində cinayət işi başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR