“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
778
25.09.2021, 19:29
Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən OXU24.COM-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Ruslan Əzimov oğurluq etdiyi evdə bir müddət əvvəl usta kimi işləyib.Bu səbəbdən mənzilə daxil olmağın yolları barədə onda məlumat olub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində müxtəlif vaxtlarda bir kafedən 700 manat dəyərində televizor, eləcə də yeni tikilməkdə olan binaların birindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlayan Ümid Bayramov və Füzuli Hüseynov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri oğurluqları etiraf ediblər.
Qeyd edilən oğurluq hadisələri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
Gördüyünüz şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsi və ya ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər.
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.