Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5752
az

Qızılağacda silahlı insident: İki nəfər güllələndi

09:3403 Oktyabr, 2018
839
KRİMİNAL
  • A
 Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, hadisə oktyabrın 1-də gecə saatlarında baş verib.

Milli Parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq, hadisə yerindən qaçan brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı