Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55484
az

Dayısını amansızlıqla öldürən 16 yaşlı yeniyetmədən YENİ XƏBƏR

21:3116 İyun, 2021
1799
KRİMİNAL
  • A

Biləsuvarda dayısını öldürən 16 yaşlı Röyal Qubadlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Oruc Cəlilovun icraatına verilib. Şübəhli şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham elan olunub.

Qeyd edək ki, bu il aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 44 yaşlı Vüqar Haxverən oğlu Hüseynovun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu 16 yaşlı Röyal Şahin oğlu Qubadlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub